Kurs haqqında
Bu kursda tələbələr başlanğıc səviyyəsindən ən yüksək səviyyəyə kimi təşkil edilən dərslərdə iştirak edə bilərlər. Tələbələr STT( səviyyə təsbit testi) üzrə əldə etdikləri nəticələrə görə müxtəlif qruplara bölünəcəklər.
Kurs müddəti bütün bacarıqlar əhatə ediləcəkdir, yəni dərslər zamanı danışıq və dinləmə əsas götürülür və eyni zamanda da oxu və yazı kimi bacarıqlar üzərində müxtəlif tapşırıqlar əsasında praktiki bacarıqlar inkişaf etdirilir.
Tələbələr davamlı olaraq qiymətləndiriləcək və kursun sonunda müvəffəqiyyət sertifikatı veriləcəkdir.
Bu kurs il boyu davam edir və hər bir sonrakı səviyyəyə keçmək üçün ən azı 3 ay tövsiyə olunur.
Hər səviyyə qrupuna başlamaq və yazılmaq üçün ən azı 4 tələbə tələb olunur.
Kursun məzmunu
Dinləmə, danışma, tələffüz, oxu, yazı, lüğət, qrammatika və digər dil aktivitələri.