KURS haqqında
Bu kurs, IELTS (Beynəlxalq İngilis Dili Test Sistemi), universitetə daxil olmaq istəyən, yeni iş imkanları axtaran və imtahanda yüksək bal toplamaq istəyən məsuliyyətli tələbələr üçün nəzərdə tutulub. Tələbələr bu kursa qoşulmaq üçün B2 (Upper Intermediate) və ya daha yüksək səviyyədə olmalıdırlar.
IELTS Super İntensiv kursu gücləndirilmiş bir kursdur və tələbələr oxumağa daha çox səy göstərməlidirlər. Hər gün, Bazar ertəsindən Cümə gününə qədər (həftədə 10 saat tədris və təcrübə vaxtı) təhsil alacaqsınız, həmçinin əlavə ev tapşırıqları veriləcəkdir. Tədris fərdi qaydada aparılacaq. Bu kursda sizə IELTS üçün xüsusi qrammatika bacarıqları və Oxu, Yazma, Danışma və Dinləmə təcrübələri, imtahan üsulları öyrədiləcəkdir.